özlenilen tuvalet

Kənddəki tualetimiz üçün darıxmışam. Günlərim keçib orada. Çox maraqlı xatirələrim var özü ilə. Piş taxtadan olan qapısı əvvəllər tam bağlanmırdı. İçəridən cəftəsi var idi. Gedəndə özümlə ip götürürdüm, bir ucunu cəftəyə bağlayırdım,digər ucunu əlimdə bərk-bərk tutub otururdum. Ki, kimsə gəlsə aça bilməsin. Sonralar bir mismarla bağlanmaması problemi həll edildi.
Gizli-gizli siqaret çəkdiyim ərəfələrdə hələ tüstünün qapının künclərindən və pəncərədən çölə çıxacağını və gizli əməlimin faş olacağını düşünə bilmirdim. Ən məşəqqətli tərəfi siqareti çəkəndən sonra içəridəki iyi təmizləmək idi. Evdə məndən başqa siqaret çəkən olmadığı üçün qoxu o dəqiqə hiss edilirdi.
Siqaret demişkən, bir dəfə evdə kimsə yox idi. Siqaret yandırdım, divanda oturub televizora baxa-baxa çəkdim. Yarısını da düşüb həyətdə gəzişə-gəzişə çəkdiyimdə özümü azadlığı ram etmiş fərd kimi hiss etmişdim.
Tualet həyətin küncündə, çöl hasara bitişik olduğundan və hasarın arxasından kəndin ən çox istifadə olunan yollarından biri keçdiyi üçün tualetdə könül rahatlığı ilə iş də görmək olmurdu. Yoldan biri keçər və eşidər deyə səs çıxmaması üçün proses boyunca özümü düyməli telefonların "diyes" düyməsini sıxmış kimi sıxıb saxlayırdım.
Parasını verdiğimiz halde içine hiç sıçamayacağımız tuvalettir.

Kimileri altın klozete sıçıyor.